Koxlear implant əməliyyatı necə aparılır?

Koxlear implant, bu sahədə ixtisaslaşmış həkimlərin köməyi ilə cərrahi əməliyyatla implantasiya olunur. Bu əməliyyatın reallaşması üçün bir sıra addımlar həyata keçirilir. Bu addımları aşağıdakı kimi sıralamaq mümkündür:

Dəyərləndirmə mərhələsi: İlk olaraq eşitmə problemi yaşayan şəxs bu sahədə ixtisaslaşmış həkimə müraciət edir. Həkim, bu şəxsin eşitmə qüsurununun dərəcəsini dəyərləndirərək Koxlear implantın uyğun olub-olmadığını təyin edir.

Əməliyyata hazırlıq: Əgər şəxs Koxlear implant əməliyyatına uyğunsa, əməliyyat öncəsi hazırlıqlar başlanır. Bu hazırlıqlara ümumi olaraq sağlamlığın dəyərləndirilməsi və əməliyyat öncəsi Bera testi, Audiometriya, MRT (Magnit Rezonans Tomoqrafiya), KT (Kompüter tomoqrafiyası nativ kontaktsız), qan analizləri, allergik analizlər, Exo (Exokardioqrafiya) testləri və analizləri daxildir.

Eşitmənin təyin olunması, sinir aktivliyini aşkar edilməsi üçün bera, audiometriya testləri mütləqdir.

MRT, KT testləri isə insan bədəninin bütün daxili orqanlarını müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumaların vizuallaşmasını təmin edir.

Qan, allergik analizləri pasientin orqanizminin əməliyyat zamanı qəbul ediləcək dərmanlara əks təsir göstərib-göstərməyəcəyini aşkar etmək üçün verilir.

Exo, ilə isə ürəyin əməliyyat zamanı qəbul ediləcək narkoza dözümlülüyü yoxlanılır.

Əməliyyat günü: Koxlear implant əməliyyatı çox vaxt ümumi anesteziya ilə aparılır, yəni xəstə yuxuda olduğu üçün heç bir ağrı hiss etmir. Cərrah, kiçik bir kəsiklə daxili qulağın koxlear hissəsinə daxil olaraq, implantı eşitmə sinirinə elektrik siqnalları göndərmək üçün istifadə olunacaq bir sıra elektrodla birlikdə yerləşdirir.

Koxlear implant əməliyyatdan bir neçə həftə sonra aktivləşdirilir. Bu müddətə qədər isə şəxsə eşitmə cihazını necə istifadə edəcəyinin öyrədilməsi üçün bu sahədə ixtisaslaşmış həkim və ya eşitmə mütəxəssisinin tərəfindən təlim keçilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2026 Onlive Media Group. Bütün hüquqları qorunur.