Koxlear İmplantların Erkən Tarixi və MED-EL texnologiyası

Bu implantlar sayəsində dünyada yüz minlərlə insan eşidə bilir. Lakin bu ali məqsədə çatmaq uzun və ağır bir yol idi. MED-EL texnologiyası təxminən 50 il əvvəl Ingeborg Hochmair və, onun həyat yoldaşı Ervin tərəfindən yaradıldı. Gəlin keçmişə qayıdıb hər şeyin necə başladığına daha yaxından nəzər salaq.

“Koxlear İmplant”ın inkişaf tarixinin başlanğıcı 1975-ci ildə Ingeborg və onun gələcək həyat yoldaşı Ervin Hochmair Vyana Texniki Universitetində koxlear implantın inkişafı üzrə təhsil aldıqları vaxta qədər gedib çıxır. O zamanlar koxlear implantın eşitmə qüsurunun müalicəsinə kömək edə biləcəyinə dair çoxsaylı şübhələr var idi. Lakin qəhrəmanlarımız nəyə nail olmaq istədiklərini çox yaxşı bilirdilər.

Ingeborg belə deyirdi;”Bizim məqsədimiz sadəcə istifadəçiyə təkcə səsləri eşitmək deyil, həm də bəzi nitqləri anlamaq imkanı verən elektron implant dizayn etmək idi” demişdi.

Bu məqsədə doğru ən böyük bir addım 1977-ci il 16 dekabr tarixində atıldı. Hochmairs tərəfindən hazırlanmış koxlear implantı Vyana Universitet Klinikasında Prof. Kurt Burian tərəfindən cərrahi yolla implantasiya edildi. O gündən bu vaxta qədər davamlı inkişaf etdirilən MED-EL texnologiyası bir çox eşitmə qüsurlu şəxsin səssiz qaranlığına işıq olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2026 Onlive Media Group. Bütün hüquqları qorunur.