Biz necə eşidirik:
Qulaq – heyranedici və olduqca çətin bir orqan olub, eşitmə kimi gözəl vəzifəni yerinə yetirir. Qulaq 7000 müxtəlif siqnalı seçə bilir və beyinə səs mənbəyinin yerini təyin etməyə kömək edir.
İnsan qulağı üç hissədən ibarətdir – xarici, orta və daxili qulaq.
Xarici qulaq: xarici qulaq səsləri toplayaraq xarici qulaq keçəcəyi vasitəsi ilə təbil pərdəsinə ötürür.
Orta qulaq: Səs dalğaları təbil pərdəsini hərəkətə gətirir. Sümükcüklər, yəni çəkic, zindan və üzəngi sümüyü, hərəkəti gücləndirərək daxili qulağa ötürür.
Daxili qulaq: İlbizdə mexaniki hərəkət sinir impulslarına çevrilir. Eşitmə siniri vasitəsi ilə impulslar beyinə ötürülür.

