Koxlear İmplant batareyaları, cihazın enerji mənbəyi olan və onu elektrik enerjisi ilə təmin edən batareyalardır. Bu batareyalar kiçik və böyük ölçülü olub, yüksək enerji sıxlığına malikdirlər.
Enerji mənbələrinin istifadə müddəti Koxlear İmplant cihazının modeli və batareyanın tipinə əsasən müxtəliflik təşkil edir.
Beləki, hər implant cihazının özünəməxsus batareyası var. Onlar növünə görə təkrar doldurula bilən batareya (akmlyator) və bir dəfəlik istifadə olunan batareyalar formasında ikiyə ayrılır.
İstifadəçilərə tövsiyyəmiz davamlı olaraq öz cihazlarının batareyalarına nəzarət etmələri və onları gərək olduğu zaman enerji ilə doldurmalarıdır. Həmçinin həmin batareyalar xüsusilə nəmdən qorumaq lazımdır.
Bunuda qeyd etmək lazımdır ki Koxlear İmplant Cihazına batareya alan zaman orijinallığını mütləq yoxlayın əks halda cihazın sıradan çıxmasına səbəb ola bilər.
Nəzərinizə çatdıraq ki cihazın batareyasına vaxtaşırı nəzarət batareya və cihazın ömrünü uzatmağa kömək edir.