Otoakustik emisyon (TEOAE)
Obyektiv Müayinə metodudur .Xarici qulaq kecəcəyinə yerləşdirilən prob vasitəsi ilə koxleada yerləşən xarici tük hüceyrələrinin çalışıb-çalışmadığı müəyyən olunur.Müayinənin üstün cəhətləri:
Obyektivdir
Güvənlidir
Test müddəti qısadır
Anesteziya və sedasiyaya ehtiyac yoxdur
Xəstənin ümumi vəziyyətinə bağlı deyil
Otoakustik emisyonun istifadə olunduğu sahələr:
Yenidoğulmuşlarda və cağalarda eşitmənin skrininq müayinəsi (28 günə qədər)
Ototoksik dərmanlar istifadə edən şəxslərdə eşitmənin monitorizasiyasında
Səs küylə əlaqədar yaranan eşitmə itkisinin erkən diaqnozunda