Otoskop – 3 hissədən ibarət alətdir:
İşıq mənbəyi
Lupa
Dəyişdirilən qulaq qıfı.
Qulaq mikroskopu qulaq keçəcəyində və təbil pərdəsində olan dəyişiklikləri böyüdülmüş formada müşahidə etməyə imkan verir.
Otoskop vasitəsilə həkim eşitmə yolunu orta qulaqla sərhəddi əmələ gətirən təbil pərdəsinə qədər görə bilir.
Eşitmə yolunda yaxud təbil pərdəsində qızartı, şişlər və maye, yaxud irinli yığıntı iltihaba dəlalət edir və otoskopla asanlıqla aşkarlana bilir.
Eləcə də təbil pərdəsinin tamlığının pozulması (perforasiyası) da bu yolla aşkarlana bilər.