Uşaqlarda eşitmə zəifliyinin vaxtında aşkar olunması çox önəmlidir. Eşitmə azlığına səbəb olan xəstəliklərin bir çoxunun müalicəsi mümkündür. Vaxtında aparılan doğru müalicə ilə eşitmə yenidən bərpa olunur.
Anadangəlmə eşitmə itkisinin də vaxtında aşkar olunması uşağın gələcək həyatı üçün olduqca vacib amillərdəndir.