Koxlear implantlar 90-dan çox ölkədə doğuşdan əvvəl və ya sonra eşitmə itkisi olan uşaqlarda və böyüklərdə istifadə edilir. Koxlear implant istifadə edən şəxslərin eşidəcəyini dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, aşağıdakı qeydlər təsdiqini tapdığı üçün faydalı olacaqdır.
✅Erkən implantasiya şiddətlə tövsiyə olunur.
✅”Dil” eşitmə üçün vacib olduğundan, araşdırmalar erkən implantasiya edilən uşaqların daha yaxşı nəticələr əldə etdiyini göstərir
✅Daha əvvəl danışan, nitqi inkişaf edən bütün yaş qruplarının daha effektiv nəticələr göstərməsi
✅Daha çox uzun müddət eşitmə itkisi yaşayanların, implantdan fayda görmə şansı bir o qədər azalmaqdadır
Kimlər Koklear İmplantından İstifadə Etməlidir?
✅Uşaqlar üçün; hər iki qulaqda ciddi sensorinöral tipdə eşitmə itkisi olanlar
✅Böyüklər üçün; hər iki qulaqda şiddətli və dərin sensorinöral tipdə eşitmə itkisi olanlar
✅Uşaqlar üçün; Hər iki qulaqda şiddətli sensorinöral tipdə eşitmə itkisi olan, eşitmə cihazlarından az fayda görən və ya heç fayda görməyənlər
✅Tibbi əks göstəriciləri olmayanlar
✅Müsbət nəticə gözləntiləri olan, yüksək motivasiyalı, implatdan istifadə qaydalarına əməl edən və reablilitasiyadan davamlı şəkildə yararlanmağda həvəs, əzm, dözümlülük göstərənlər