Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” mövzusunda “Şiddət arzuların sonudur – Qadın zorakılığına yox deyək adlı dəyirmi masa keçirilmişdir.

Cəmiyyətimizin inkişafında mənfi rol oynayan belə halların aradan qaldırılmasında maarifləndirmə tədbirləri və qanunvericiliyin daha sərt şəkildə tətbiqi vacib rol oynayır. Dövlət orqanları ilə yanaşı, özəl qurumlar, təşkilatlar, media subyektləri də bu kimi hallarla mübarizədə, ailələrə çağırış edilməsində, qanunvericiliyin tələblərinin çatdırılmasında mühüm pay sahibidir.

Elə bu səbəbdən 28 noyabr tarixində Azərbaycan Atatürk Mərkəzində “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” mövzusunda “Şiddət arzuların sonudur – Qadın zorakılığına yox deyək” adlı dəyirmi masa keçirilmişdir.

Qapalı keçirilən Konfransda dövlət qurumları və mətbuat nübayəndələri ilə yanaşı QHT sədrləri o cümlədən “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri və nümayəndələridə iştirak etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2025 Onlive Media Group. Bütün hüquqları qorunur.