25 Fevral Beynəlxalq Koxlear İmplantlılar Gününə həsr olunmuş tədbirimiz möhtəşəm keçdi!

Bu gün biz bir daha şahid olduq ki, iradə, əzm və inamla aşılmayacaq maneə yoxdur.

Sizin hər biriniz – güclü, istedadlı və inamlı uşaqlar – bizə göstərdiniz ki, arzularınıza çatmaq üçün heç bir sərhəd yoxdur! Siz təkcə eşitməyi deyil, həm də dünyaya öz səsinizi duyurmağı bacarırsınız! Hər biriniz uğurunuzla, cəsarətinizlə bir nümunəsiniz!

Unutmayın: *Sən həyat hekayəni yenidən yazan baş qəhrəmansan! Bu gözəl və unudulmaz günü bizimlə paylaşan hər kəsə təşəkkür edirəm! Sizin sevinciniz, uğurlarınız və gülümsəməniz bizim üçün ən böyük ilhamdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2025 Onlive Media Group. Bütün hüquqları qorunur.