Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyi, Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə təşkilatın üzvlərinin iştirakı ilə Fəxri Xiyabanı ziyarət edib. Ziyarət zamanı Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri ehtiramla yad edilib.
Təşkilatın nümayəndələri həmçinin görkəmli oftalmoloq alim, professor Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək, onun elmi və ictimai fəaliyyətinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Bu ziyarət Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyinin mənəvi dəyərlərə və milli irsə verdiyi önəmin bariz nümunəsi kimi həyata keçirilmişdir.
#HeydərƏliyev#UnudulmazLider#KoxlearİmplantlıŞəxslərəSosialYardımİctimaiBirliyi#ikincisəs#ikincises