“Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu” xüsusi təhsilin inkişafı, müasir yanaşmaların paylaşılması və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platforma oldu.

🎨 17 may 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər Təhsil fakültəsinin təşkilatçılığı ilə keçirilən “Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu” xüsusi təhsilin inkişafı, müasir yanaşmaların paylaşılması və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platforma oldu.

✅ Forum çərçivəsində “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyi də tərəfdaş qismində iştirak edərək öz töhfəsini verdi. Birliyin təşəbbüsü ilə koxlear implantlı uşaqlar və gənclərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olundu. Sərgi zamanı nümayiş etdirilən əsərlər ziyarətçilərin böyük marağına səbəb oldu və bəziləri satışa çıxarılaraq sosial dəstək xarakteri daşıdı.

✅ Tədbirin təşkilində göstərdiyi yüksək diqqət və dəyərli əməkdaşlığa görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə, xüsusilə Məktəbəqədər Təhsil fakültəsinin kollektivinə “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyi adından dərin minnətdarlığımızı bildiririk.

✅ Əməkdaşlıq çərçivəsində həyata keçirilən bu cür təşəbbüslər inklüziv cəmiyyətin qurulmasına, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına və onların bacarıqlarının tanıdılmasına mühüm töhfə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2025 Onlive Media Group. Bütün hüquqları qorunur.