Bu gün Bakı şəhərində Əlil Təşkilatları İttifaqının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “20 İl Xidmət, Bir Ömürlük Dəyər” adlı möhtəşəm tədbir keçirildi. 💫
Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, ictimai birliklərin nümayəndələri, eləcə də əlilliyi olan şəxslər iştirak etdilər. 🇦
Rəsmi hissədən sonra sağlamlıq imkanları məhdud olan uşaqlar və gənclər öz istedadlarını nümayiş etdirərək tamaşaçılara unudulmaz anlar yaşatdılar. 🌟
Tədbirin sonunda Əlil Təşkilatları İttifaqının fəaliyyətinə dəstək göstərən qurumlara və ictimai birliklərə təşəkkürnamələr təqdim olundu. Bu əlamətdar gün inklüziv cəmiyyətin formalaşması və bərabər imkanların yaradılması yolunda atılmış önəmli addım kimi yadda qaldı. 💙
Tədbirin təşkilatçılarından biri olaraq biz — Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyi,
belə bir mənalı günün bir hissəsi olmaqdan qürur duyuruq! 💜


