“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin dəstəyi ilə həyata keçirdiyimiz “Koxlear implantlı uşaqların həyata adaptasiyası və valideynlərin maarifləndirilməsi” layihəsi başa çatdı! 🎉
2 ay ərzində gördüyümüz işlər:
🔹 Hər biri 100 nəfərin iştirak etdiyi 2 genişmiqyaslı maarifləndirici tədbir
🔹 Koxlear implant əməliyyatının bütün mərhələləri barədə ətraflı məlumatlandırma
🔹 Aparıcı mütəxəssislərlə (LOR-cərrahlar, audioloqlar, surdoloqlar, loqopedlər, defektoloqlar, psixoloqlar) birbaşa ünsiyyət
🔹 Valideynlərin suallarına cavablar və təcrübə mübadiləsi
💜 Tədbirimiz Azərbaycan Respublikasının Dövlət Himninin koxlear implantlı uşaqların ifasında səsləndirilməsi ilə açıldı — bu, hər kəsi duyğulandıran, qürurverici bir an oldu.
Erkən diaqnostika, vaxtında əməliyyat və düzgün reabilitasiya sayəsində bu gün minlərlə uşaq eşidir, danışır və yaşıdları ilə birgə təhsil alır.
Dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həmçinin BUREAU 19 və SWET EVENTS HALL komandalarına, Taleh Süleymanova təşəkkürümüzü bildiririk 🙏
Biz “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyi olaraq 2022-ci ildən eşitmə məhdudiyyətli uşaqların erkən aşkarlanması, reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün fəaliyyətimizi davam etdiririk.
“İkinci səs olaq, sükuta həyat verək!” 💜
#KoxlearImplant #EşitməMəhdudiyyəti #SosialYardım #Azərbaycan #İkinciSəsOlaq #ValideynMaarifləndirilməsi #NGO

































