Tək qulaqda eşitmə itkisi

 Bir qulağınızda eşitmə itkisi varmı? Səslərin haradan gəldiyini hiss etmirsinizmi? Siz təkbətək söhbətləri sakitcə başa düşə bildiyiniz halda, səs-küylü məkanlarda deyilənləri anlamırsınızmı? Tək deyilsiniz. Çünki siz tək qulaqda eşitmə itkisi yaşayırsınız.

 Birtərəfli eşitmə itkisi və ya tək tərəfli karlıq kimi tanınan bu hal çox geniş müşahidə olunur.

 Çox vaxt birtərəfli karlığı olan insanlar sakit şəraitdə söhbətləri dinləyə bildikləri halda, səslərin haradan gəldiyini anlaya bilmirlər. Lakin ümidi üzmək lazım deyil çünki hər iki qulaqla eşitmə qabiliyyətini bərpa etməyə kömək etmək üçün təsdiqlənmiş effektiv müalicə variantı olan tək tərəfli karlıq üçün koxlear implantlar mövcuddur.

 Təbii eşitmədə səslər xarici qulağınızdan koklea kimi tanınan daxili qulağınıza keçir. Koklea səs dalğalarını beyin tərəfindən başa düşülən sinir siqnallarına çevirir. Elə buna görədə hər qulaq üçün ayrı olaraq səsləri aydın eşitməniz üçün iki kokleanız var.

 Bu koklea eşitmə siniriniz vasitəsilə beyninizə səs siqnalları göndərir. Ancaq kar olan qulaqda koklea bu səsləri tam emal edə bilmir. Bunun bir çox səbəbi ola bilər, onlara misal olaraq, infeksiya, Menyer xəstəliyi, naməlum qəfil eşitmə itkisi və ya genetik faktorı göstərmək olar. Hər iki qulaqla eşitmə qabiliyyətinizi bərpa etmək üçün hər iki kokleadan istifadə etməyiniz mütləqdir. Elə buna görə Koxlear implantlar məhz bunu təmin etmək üçün nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2025 Onlive Media Group. Bütün hüquqları qorunur.