Koxlear implant, sonradan eşitmə qüsurlu olan vəya anadangəlmə eşitmə qüsurları olan şəxslərə eşitmə bacarığını yenidən qazandırmaq vəya bu funksiyanı yaxşılaşdırmaq məqsədləri ilə istifadə olunan xüsusi cihazdır.
İmplant, daxili qulaqda yerləşən koxlea adı verilən hissəni aktiv edərək eşitmə sinirlərinə birbaşa elektrik siqnalları göndərərək bu qüsura sahib insanların yenidən eşitməsini təmin edir.
Koxlear implant, xarici qurğu (mikrofon, prosessor və ötürücü), daxili qurğu (qəbul edici (stimulyator) və elektrod massivi), və eşitmə sinirlərinə birləşən elektrodlardan ibarətdir.
Mikrofon, səsləri qəbul edərək işlənməsi üçün prosessora göndərir. Prosessorda işlənmiş səs siqnalı verici vasitəsi ilə daxili qurğuya göndərilir. Bu siqnallar, beyin tərəfindən işlənərək eşitmə funksiyasını yenidən bərpa edir.
Bu impantın yerləşdirilməsi cərrahi əməliyyat vasitəsilə aparılır.

