#Bilirsinizmi? Hələ qədim Misirdə həkimlərin davranışının mənəvi standardları mövcud idi. E.ə. III əsrdə isə Hippokrat həkimlərin qarşısına qoyulan əxlaqi tələbləri rəsmiləşdirdi. Hazırlanan sənəddə insanlara zərər verməmək, xəstələrə kömək etmək, insan həyatına hörmət və s. etik prinsiplər əksini tapmışdı.
Bu and uzun illər dünyanın müxtəlif yerlərində həkimlərin əxlaqi davranışlarını tənzimləyən əsas sənəd kimi qəbul olunsa da, sonradan bir çox ölkələrdə ya Hippokrat andı dəyişdirildi, ya da yeni andlar yaradıldı. Buna səbəb Hippokrat andının bəzi tələblərinin müasir dövrlə uzlaşmaması idi.
Məsələn, İsraildə həkimlər dövlətin qəbul etdiyi “Yəhudi həkim andı”, Rusiyada isə “Rus həkim andı” adlı sənədə əsasən and içirlər.
