📌 Audiometriya, eşitmə qabiliyyətini dəyərləndirmək üçün istifadə olunan tibbi testdir. Bu test zamanı xəstəyə müxtəlif frekanslarda siqnallar verilərək onun eşitmə dərəcəsi müəyyənləşdirilir. Audiometriya, eşitmə itkilərini dəyərləndirmə, dərəcələndirmə və müalicəsini planlamaq üçün istifadə olunan əhəmiyyətli testdir.
📌 Audiometriyanın müxtəlif növləri mövcuddur. Bunlara nümunə olaraq aşağıdakıları sadalamaq olar:
✅ Hava Yolu Audiometriyası (Pure-Tone Audiometry): Fərqli frekansdakı hava yolu ilə alınan səs tonlarının eşitmə dərəcəsini ölçür
✅ Sümük Yolu Audiometriyası (Bone Conduction Audiometry): Sümük Yolu ilə qəbul edilən səslərin eşitmə dərəcəsini dəyərləndirir.
✅ Danışıq Audiometriyası (Speech Audiometry): Danışıq anlayışını ölçmək üçün istifadə olunur; xəstənin söz və cümlələri nə dərəcədə rahat eşidə bildiyi dəyərləndirmək üçün istifadə edilir.
✅ Sərbəst Sahə Audiometriyası (Free Field Audiometry): Qulaqlıq yerinə səsucaldan istifadə edilərək reallaşdırılan testdir.
✅ Avtoakustik Emissiya Testi (Otoacoustic Emission Test): Daxili qulağın sağlamlığını dəyərləndirmək üçün istifadə edilən testdir.
📌 Yuxarıda sadaladığımız testlər eşitmə itkisinin növünü, dərəcəsini və səbəbini müəyyənləşdirmək üçün istifadə olunur.
#KoxlearİmplantlıŞəxslərəSosialYardımİctimaiBirliyi#ikincisəs#ikincises