Eşitmə azlığı qulağın bütün hissələrində ola bilər; xarici və orta qulaq disfunksiyaları adətən dərman vasitələri və ya cərrahi müdaxilə vasitəsi ilə düzələ bilir. Lakin bütün eşitmə azlıqlarının 80%-i daxılı qulağın disfunksiya və ya zədələnməsi zamanı olur. Müasir eşitmə cihazları daxili qulağın əksər zədələnmələrini kompensasiya edə bilir.
Hərçənd iki tam eyni eşitmə azlığım mövcud deyil. Adətən eşitmə azlığı olan şəxslər daha çox asta səslərdə və yüksək tonlarda çətinlik çəkirlər, məsələn, pıçıltı səsi, uşaq danışığı və ya quşların səsi.
Eşitmə azlığının mümkün nəticələri:
✅ Diqqətin zəifləməsi ✅ Danışığı ayırd etmənin aşağı düşməsi ✅ Digər insanlarla ünsiyyətin çətinləşməsi ✅ Yaddaşın pisləşməsi ✅ Yeniliklərə həvəsin azalması ✅ İş qabiliyyətinin aşağı düşməsi ✅ Ətrafdakılar tərəfdən çətin qəbul olunma ✅ Əsəbilik, stress, depressiya ✅ Sosial təcrid