Yeni koxlear implantlı dostlarımız üçün MESAJIMIZ VAR

👂 Həyatı eşitmək üçün ilk günlər səbr tələb edir!
✅ İlk aktivasiya sonrası hər səsi dərhal tanımaq çətin ola bilər. Zamanla beyniniz yeni səslərə öyrəşəcək. Səbirli olun! Həyatın möhtəşəm səslərini yenidən eşitmək bir az səy və səbr tələb edir.

👂 Cihazınızı davamlı taxmağı unutmayın!
✅ Koxlear implantınızı hər gün müntəzəm taxmaq, beyninizin səsləri daha sürətli və təbii şəkildə işləməsinə kömək edər. Nə qədər çox istifadə etsəniz, səslərin möhtəşəm dünyasında bir o qədər sürətlə qərq olarsınız!

👂 Geri addım atmayın!
✅ Yeni mühitlərdə, yeni səslərdə bir az çətinlik çəkə bilərsiniz. Film izləyin, musiqi dinləyin, dostlarınızla söhbət edin. Səslərin möhtəşəm dünyasını kəşf etməyə dəyər.

#KoxlearİmplantlıŞəxslərəSosialYardımİctimaiBirliyi#ikincisəs#ikincises

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2026 Onlive Media Group. Bütün hüquqları qorunur.