“Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçirilib

10 sentyabr 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyi və “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə möhtəşəm Bilik Günü tədbiri baş tutdu.

🌟 Tədbirdə autizmli, daun sindromlu, koxlear implantlı, görmə, eşitmə və başqa məhdudiyyətləri olan balalarımız, fərqli olmağın uğura əngəl olmadığını birdaha sübut edərək, öz istedadlarını sərgi və çıxışlarla nümayiş etdirdilər.

🎤 Dövlət qurumları, Milli Məclis üzvləri, ictimaiyyət və media nümayəndələrinin qatıldığı tədbir uşaqların özünəinamını gücləndirdi, inklüzivlik mesajını cəmiyyətə çatdırdı və birlikdə əməkdaşlıq platformasını dahada möhkəmləndirdi.

💜 Birlikdə daha güclüyük – çünki uğura gedən yol əngəl tanımır!

#BizFərqliyik#UğuraGedənYolƏngəlTanımır#KoxlearİmplantlıŞəxslərəSosialYardımİctimaiBirliyi #ikincisəs

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2026 Onlive Media Group. Bütün hüquqları qorunur.