Beynəlxalq Koxlear İmplant Gününə həsr olunmuş sosial tədbir Bakı Gənclər Mərkəzinin ev sahibliyi ilə təşkil olundu.
Tədbirin əsas məqsədi koxlear implantlı uşaqların cəmiyyətə inteqrasiyasını təşviq etmək, onların sosial fəallığını artırmaq və bu əlamətdar günü onlar üçün xüsusi və yaddaqalan etmək oldu.
Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyinin üzvi olan ,120 koxlear implantlı uşağı üçün yaradılmış şərait onların bu günü özəl hiss etməsinə imkan yaratmış , keçirilən proqram uşaqların sosial mühitdə daha fəal iştirakını təşviq etmişdir.
Bu təşəbbüs bir daha göstərir ki, inklüziv cəmiyyətin qurulması istiqamətində atılan hər bir addım uşaqların öz potensiallarını daha inamla ortaya qoymasına xidmət edir.
Tədbirə göstərilən dəstək və yaradılan imkanlar üçün Bakı Gənclər Mərkəzinin rəhbəri Nərgiz Babayeva dərin minnətdarlığımızı bildiririk.
#KoxlearİmplantlıŞəxslərəSosialYardımİctimaiBirliyi#İkinciSəs#25Fevral#25fevralkoxleari̇mplantlılargünü@medel_azerbaijan@medeks.az










