Implants.az və Cochlear şirkətinin təşkilatçılığı ilə Bakıda Hacettepe Universitetinin Audiologiya kafedrasının professoru Prof. Dr. Esra Yücelin iştirakı ilə audioloqlar, loqopedlər, psixoloqlar və digər mütəxəssislər üçün beynəlxalq elmi konfrans keçirildi.
Konfransın əsas məqsədi koxlear implantdan sonrakı reabilitasiya sahəsində müasir elmi yanaşmaların, audiologiyadakı yeniliklərin və multidissiplinar əməkdaşlıq modelinin iştirakçılarla bölüşülməsi, mütəxəssislərin bilik və peşə bacarıqlarının inkişafına dəstək vermək idi.
Tədbirdə “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyi”də fəal iştirak edərək ölkəmizdə koxlear implantlı uşaqların və böyüklərin reabilitasiyası, sosial inteqrasiyası, ailələrin maarifləndirilməsi və bu sahədə həyata keçirilən layihələr barədə məlumat verdi. Birlik belə beynəlxalq elmi platformaların Azərbaycan mütəxəssislərinin peşəkar inkişafına, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə və koxlear implant istifadəçilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına mühüm töhfə verdiyini vurğuladı.
Konfrans iştirakçılar arasında geniş təcrübə mübadiləsinə şərait yaratmaqla yanaşı, gələcək əməkdaşlıqların qurulması və ölkəmizdə koxlear implant reabilitasiyası sahəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdi.
#KoxlearİmplantlıŞəxslərəSosialYardımİctimaiBirliyi #İkinciSəs








