Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə 11 avqust 2026-cı il tarixində uğurla yekunlaşdı.
İki ay davam edən layihə “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilib.
🎯 Layihənin əsas məqsədi:• koxlear implantlı uşaqların həyata və cəmiyyətə adaptasiyasına dəstək olmaq;• valideynlərin maarifləndirilməsini gücləndirmək;• ailələr və mütəxəssislər arasında əməkdaşlığı inkişaf etdirmək;• koxlear implant və reabilitasiya prosesi ilə bağlı düzgün və əhatəli məlumatların çatdırılmasını təmin etmək olub.
Layihə çərçivəsində hər biri 100 nəfərin iştirakı ilə iki genişmiqyaslı maarifləndirici tədbir keçirilib. Tədbirlərdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, tanınmış həkimlər, LOR-cərrahlar, audioloqlar, surdoloqlar, loqopedlər, defektoloqlar, psixoloqlar, koxlear implant istifadəçiləri, valideynlər və digər aidiyyəti şəxslər iştirak ediblər.
🇦🇿 Tədbirlərdən biri Azərbaycan Respublikasının Dövlət Himninin koxlear implantlı uşaqların ifasında səsləndirilməsi ilə başlayıb. Bu qürurverici an iştirakçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Tədbirlər zamanı koxlear implant əməliyyatına qədər və əməliyyatdan sonrakı bütün mərhələlər barədə ətraflı məlumat verilib: erkən diaqnostika, namizəd seçimi, dövlət dəstəyi, əməliyyat prosesi, reabilitasiya, nitqin inkişafı, cihazdan düzgün istifadə və sosial adaptasiya.
💜 Bu layihə bir daha göstərdi ki, düzgün məlumat, vaxtında müdaxilə, peşəkar reabilitasiya və dövlət dəstəyi uşaqların həyatında böyük dəyişiklik yarada bilər.
“Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyi olaraq layihənin həyata keçirilməsində əməyi və dəstəyi olan bütün dövlət qurumlarına, mütəxəssislərə, tərəfdaşlara, valideynlərə və iştirakçılara təşəkkür edirik.
Biz bundan sonra da eşitmə məhdudiyyətli uşaqların sağlam gələcəyi, keyfiyyətli reabilitasiyası, cəmiyyətə tam inteqrasiyası və hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. 💜
İkinci səs olaq, sükuta həyat verək! 🦻💜
KoxlearİmplantlıŞəxslərəSosialYardımİctimaiBirliyi #İkinciSəs #Koxlearİmplant #QHT #Azərbaycan @ngoagency.gov.az
































