18 aprel 2026-cı il tarixində Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində “Autizmdə Bütöv Yanaşma” mövzusuna həsr olunmuş II Autizm Maarifləndirmə Forumu uğurla həyata keçirildi.
Forum çərçivəsində autizm spektr pozuntularında erkən diaqnostika, reabilitasiya prosesində multidissiplinar yanaşma, müasir elmi tədqiqatlar və ailələrin dəstəklənməsi kimi mühüm mövzular geniş şəkildə müzakirə olundu. Yerli və xarici mütəxəssislərin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
👥 Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, psixoloqlar, mütəxəssislər və Türkiyədən dəvət olunmuş ekspertlər iştirak edərək öz dəyərli fikirlərini bölüşdülər.
💜 Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyi olaraq bizdə bu mühüm forumda iştirak edib, öz dəstəyimizi göstərərək autizmli uşaqların sosial inteqrasiyası, maarifləndirmə və inklüziv cəmiyyətin formalaşması istiqamətində aparılan işlərə dəstəyimizi ifadə etdik.
Qeyd etmək yerinə düşər ki belə tədbirlər xüsusi qayğıya ehtiyacı olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır.
#KoxlearİmplantlıŞəxslərəSosialYardımİctimaiBirliyi #İkinciSəs #Autizm #Maarifləndirmə #İnklüzivCəmiyyət #SosialDəstək #Bakı #PsixiSağlamlıq #Koxlearİmplant #İctimaiDəstək
















